İtaliyalı deputatlar Xankəndidə - FOTOLAR

İtaliya Parlamentinin İtaliya-Azərbaycan üzrə dostluq qrupunun üzvlərindən ibarət nümayəndə heyəti Ağdamdan sonra Xankəndi şəhərinə gəlib.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən "Cebheinfo.az"-a verilən məlumta görə, nümayəndə heyətini Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikasının Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları qarşılayıblar.
Səfər şərçivəsində parlamentarilər Zəfər meydanında görülən işlərlə tanış olublar. Onlar Xankəndidə Qarabağ Unversitetini də ziyarət ediblər.
Qonaqları Milli Məclisin deputatı Azər Kərimli müşayiət edir.
"Cebheinfo.az"