İranla sərhəddə 2 nəfər öldürülüb - RƏSMİ

Aprel ayında İrandan 2 PUA vasitəsilə narkotik vasitələrin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb.
Sərhəd naryadına qarşı odlu silahdan istifadə edən 2 nəfər sərhəd pozucusu zərərsizləşdirilib.
Qanunsuz miqrasiya ilə mübarizə tədbirləri nəticəsində saxtalaşdırılmış tarix möhürü və pasportla, özgəsinə məxsus sənədlə dövlət sərhədini keçməyə cəhd göstərən 22 nəfər saxlanılıb.
"Cebheinfo.az"