Danışıqlar təxirə salındı


İran Xarici İşlər Nazirliyi Tehran və Vaşinqton arasında nüvə müzakirələrinin dördüncü raundunun təxirə salındığını təsdiqləyib. 

Dəyişiklik Omanın xarici işlər naziri Bədr əl-Busaidin təklifi ilə edilib. 

“Cebheinfo.az”-ın məlumatına görə, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqayi danışıqların yeni tarixinin daha sonra açıqlanacağını bildirib.

Xatırladaq ki, Omanın xarici işlər naziri Bədr əl-Busaidi də mayın 3-nə planlaşdırılan ABŞ-İran danışıqlarının siyasi səbəblərə görə təxirə salındığını bəyan edib. “Axios” qəzeti isə öz növbəsində, Tehran yalnız danışıqları deyil,  Avropa üçlüyü-Paris, London və Berlin nümayəndələri ilə məsləhətləşmələri də təxirə sala bilər.

Müşfiq Abdulla
 “Cebheinfo.az”