“Air India” 600 milyon dollaradək mənfəət itirə bilər

“Air India” 600 milyon dollaradək mənfəət itirə bilər

“Air India” Pakistanın hava məkanını bağlamasının şirkətə hər il 600 milyon dollar əlavə yük qoyacağını bildirib.

"Cebheinfo.az" xəbər verir ki, artan xərclər qarşısında dövlətdən subsidiya tələb edən şirkət, prosesin uzun sürəcəyi təqdirdə əməliyyat davamlılığının risk altında olacağı barədə xəbərdarlıq edib.

Pakistan hava məkanının bir il ərzində bağlı qalacağı təqdirdə Hindistanın “Air India” aviaşirkətinin təxminən 600 milyon dollar əlavə xərclə üzləşəcəyi məlum olub.

Şirkətin daxili memosuna görə, “Air India” bu itkini kompensasiya etmək üçün federal hökumətdən maliyyə dəstəyi istəyib.

Pakistan ötən həftə Kəşmirdə turistlərə hücumdan sonra Hindistan aviaşirkətlərinə hava məkanından istifadəni qadağan edib.Bu qərar Hindistan daşıyıcıları üçün yanacaq xərclərini artırdı və səyahət vaxtlarını uzatdı. 

“Air India” 27 apreldə Mülki Aviasiya Nazirliyinə göndərdiyi məktubda iqtisadi itkiyə uyğun bir "subsidiya modelinin" hazırlanmasını istədi.
Şirkət Pakistanın hava məkanı qadağasının hər il 50 milyard rupi və ya təxminən 591 milyon dollar itkiyə səbəb olacağını təxmin edib.

Nigar Hacılı 
"Cebheinfo.az"