"Yanğından mühafizə" mövzusunda tədbir keçirilib - FOTOLAR

Xankəndi şəhərində meşə, əkin və otlaq sahələrində yanğınlara qarşı qabaqlayıcı tədbirlərin aparılmasının səmərəliliyini daha da artırmaq, eləcə də qarşılıqlı fəaliyyəti təşkil etmək məqsədilə “Yanğından mühafizə” mövzusunda tədbir keçirilib.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən "Cebheinfo.az"-a verilən məlumta görə, tədbir Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Regional Meşə Təsərrüfatı Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutub.
Toplantıda Xankəndi şəhərində, eləcə də Ağdərə və Xocalı rayonlarında fəaliyyət göstərən dövlət qurumlarının səlahiyyətləri şəxsləri, hüquq-mühafizə orqanları, sahibkarlar və fermerlərin də iştirak etrdiyi tədbirdə, meşə və yaşıllıq ərazilərdə baş verə biləcək yanğın hadisələrinə qarşı qabaqlayıcı profilaktik tədbirlərin aparılmasında səmərəliliyin artırılması, yanğınların qarşısının vaxtında alınması sahəsində birgə əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyətindən danışılıb.
Maarifləndirmə tədbiri zamanı iştirakçılara meşə və meşəətrafı ərazilərdə yanğın təhlükəsizliyinin təmin edilməsi, həmçinin açıq sahələrdə yanğın təhlükəsi yaradan quru ot, kol-kos və məişət tullantılarının vaxtında təmizlənməsinə ilə bağlı müvafiq qaydalar izah olunub və yerli idarəetmə orqanları tərəfindən də mütəmadi olaraq əhali arasında sözügedən sahəyə dair maarifləndirmə işinin aparılmasının vacibliyi diqqətə çatdırılıb.
Daha sonra mövzu ətrafında fikir mübadiləsi aparılıb, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
"Cebheinfo.az"