Qırğına kimi qəza: 7 ölü, 9 yaralı

Qırğına kimi qəza: 7 ölü, 9 yaralı

Misirin Alameyn şəhərində yük maşınının aşması nəticəsində 7 nəfər ölüb, 9 nəfər yaralanıb.

"Cebheinfo.az" xəbər verir ki, Alameyn şəhərində işçiləri daşıyan yük maşınının həddindən artıq sürət səbəbindən aşması nəticəsində 7 nəfər həyatını itirib, 9 nəfər yaralanıb.

Yaralılara hadisə yerində ilkin tibbi yardım göstərildikdən sonra təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb. Qəza ilə bağlı araşdırmalara başlanılıb.

Nigar Hacılı 
"Cebheinfo.az