Azərbaycan-Türkiyə hərbi dənizçilərinin birgə məşğələləri keçirilib

Azərbaycan-Türkiyə hərbi dənizçilərinin birgə məşğələləri keçirilib

Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələrinin (HDQ) gəmilərində Azərbaycan-Türkiyə hərbi dənizçilərinin birgə praktiki məşğələləri keçirilib.

Bu barədə Müdafiə nazirliyindən məlumat verilib.

Bildirilıib ki, məşğələlərə Azərbaycan HDQ Dəniz Təlim Mərkəzinin gəmi hazırlığı bölməsi və Türkiyə HDQ Təlim Mərkəzinin "Yıldızlar" təlim qrupu cəlb olunub. Keçirilən məşğələlərin başlıca məqsədi hər iki qardaş ölkə arasında hərbi dənizçilik sahəsində qarşılıqlı təcrübə mübadiləsinin aparılması və bu sahədə şəxsi heyətin döyüş hazırlığının daha da təkmilləşdirilməsidir.

"Cebheinfo.az"