Kursu bitirən MAXE-lər xidmət yerinə yollandılar

Kursu bitirən MAXE-lər xidmət yerinə yollandılar

Əlahiddə Ümumqoşun Orduda (ƏÜO) növbəti "Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu"nun başa çatması münasibətilə buraxılış mərasimi keçirilib.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. 

Məzunlar kurs müddətində qazandıqları bilikləri və praktiki vərdişləri xidmətdə uğurla tətbiq edəcəklərinə, qarşıya qoyulan tapşırıqları vicdanla yerinə yetirəcəklərinə və Vətən torpaqlarını layiqincə qoruyacaqlarına söz veriblər.

Hərbi qulluqçulara sertifikatlar təqdim olunduqdan sonra kurs birincisi tərəfindən yaş kötüyünə rəmzi emblem vurulub.

Sonda hərbi orkestrin müşayiəti ilə şəxsi heyətin tribuna önündən təntənəli keçidi olub.

"Cebheinfo.az"