Çindən cavab: "Qiymətləndiririk"

Çinin Ticarət Nazirliyi ABŞ Prezidenti Donald Trampın ağır gömrük rüsumları ilə bağlı danışıqlar aparmaq təklifini nəzərə aldığını bildirib.
"Cebheinfo.az" xəbər verir ki, Çin mediası ABŞ-nin 145 faiz gömrük rüsumları ilə bağlı danışıqlar aparmaq üçün bir neçə kanal vasitəsilə Çinlə əlaqə saxladığını açıqlamışdı. Mövzu ilə bağlı Çin Ticarət Nazirliyindən verilən açıqlamada ABŞ Prezidenti Donald Trampın ağır gömrük rüsumları ilə bağlı görüş təklifinin "qiymətləndirildiyi" bildirilib.
ABŞ-nin Trampın 145 faiz gömrük rüsumunu müzakirə etmək üçün Çinə yaxınlaşdığı və Pekinin qapısının danışıqlara açıq olduğu bildirilib. Bəyanatda ABŞ-nin “səhv təcrübələri düzəltmək” və birtərəfli gömrük rüsumlarını ləğv etmək üçün hərəkətə keçməyə hazır olması və Vaşinqtonun danışıqlarda “səmimilik” göstərməsinin vacibliyi qeyd edilib.
Bəyanatda Pekinin "təklifi dəyərləndirdiyi" vurğulanır: "ABŞ son vaxtlar bir çox hallarda müvafiq tərəflər vasitəsilə Çinə məlumat ötürmək təşəbbüsü ilə çıxış edib və Çinlə danışmağa ümid etdiyini bildirib. Danışıqlardan güc tətbiq etmək və şantaj etmək üçün bəhanə kimi istifadə etmək cəhdi heç bir nəticə verməyəcək".
Nigar Hacılı
"Cebheinfo.az"