Külək hasarı maşının üzərinə aşırdı: Sürücü öldü

Sumqayıtda külək hasarı aşırıb, ölən var.
"Cebheinfo.az" xəbər verir ki, hadisə şəhərin Hacı Zeynalabdin qəsəbəsi ərazisində qeydə alınıb.
1980-ci il təvəllüdlü Natiq Haqverdiyev hasarın kənarında ona məxsus 90-SL-568 dövlət nömrə nişanlı yük maşının saxlayan zaman güclü külək hasarı avtomobilin üzərinə aşırıb. Sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
"Cebheinfo.az"