Siyasilərin Laçın səfəri – FOTOLARDA

Siyasilərin Laçın səfəri – FOTOLARDA

Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin təşkilatçılığı ilə aprelin 29-da Laçın şəhərinə səfər həyata keçirilib.

Səfərdə ümumilikdə 80 nəfər olmaqla, 24 siyasi partiyanın sədr və nümayəndələri, habelə politoloq, siyasi şərhçi, internet televiziyalarının rəhbərləri, qəzet redaktorları və digər jurnalistlər iştirak ediblər.

Səfər çərçivəsində “Zabuxçay” su anbarı, Laçın şəhəri, o cümlədən Heydər Əliyev küçəsi, “Lacinema” kino mərkəzi, “Hoçazfilm” kinopavilyonu və Bəylik kəndində aparılan bərpa və yenidənqurma işləri ilə tanışlıq olub, habelə “Zerti Aqro-Sənaye Parkı”nda fəaliyyət göstərən müəssisələr haqında ətraflı məlumatlar verilib.

Qeyd edək ki, Laçın səfəri Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin təşkilatlaçılığı ilə sayca 6-cı belə görüşdür. Bundan əvvəl birgə səfərlər Ağdam, Şuşa (2 dəfə), Zəngilan, Xocalı, Əsgəran və Xankəndiyə təşkil olunub.

“Cebheinfo.az” siyasilərin Laçın səfərindən fotoları təqdim edir:

"Cebheinfo.az"