Ermənistanın dövlət borcu bu il 6 %-ə yaxın artıb

Ermənistanın dövlət borcu bu il 6 %-ə yaxın artıb

Ermənistanın dövlət borcu bu ilin aprel ayının əvvəlinə 5,32 trilyon dram təşkil edib.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə maliyyə naziri Vahe Hovanisyan bu gün keçirilən mətbuat konfransında bildirib.

Məlumata görə, bu rəqəm 2024-cü ilin sonuna olan göstərici ilə müqayisədə 4,4 % çoxdur. Dollar ifadəsində borc 5,8 % artaraq, 13,581 milyard ABŞ dollarına çatıb.

Dövlət borcunun ÜDM-ə nisbəti ötən illə müqayisədə 0,1 % azalıb.

Nazir həmçinin bildirib ki, daxili borcun payı artaraq 50 % təşkil edib

Ötən ilin sonuna dövlət borcu təxminən 5,93 trilyon dram (12,8 milyard ABŞ dolları) təşkil edib. Nominal ifadədə bu, 2023-cü ilin sonu ilə müqayisədə 6,2 % artıb, lakin ÜDM-ə nisbətdə demək olar ki, dəyişməyib - 48,3 %, bu da bir il öncəki göstəricidən 0,1 faiz bəndi aşağıdır.

"Cebheinfo.az"