İranla sazişin yeni ŞƏRTLƏRİ

İranla sazişin yeni ŞƏRTLƏRİ

ABŞ Dövlət katibi və milli təhlükəsizlik müşaviri vəzifəsini icra edən Marko Rubio İranın hərbi obyektlər də daxil olmaqla bütün nüvə obyektlərində beynəlxalq yoxlamalara icazə verməli olduğunu bildirib. 

“Cebheinfo.az”-ıın məlumatına görə, Dövlət Departamentinin rəhbəri “Fox News” telekanalına müsahibəsində nüvə proqramı üzrə yeni sazişin mümkün şərtlərini şərh edərkən belə deyib. “Əgər İran həqiqətən silah deyil, dinc nüvə enerjisi istəyirsə, amerikalı müfəttişlərin iştirakı ilə yoxlamalardan qorxmamalıdır. 

Sülh məqsədli nüvə proqramı olan ölkələr uranı zənginləşdirmir və ya obyektləri gizlətmir”,-deyə Rubio əlavə edib. O, hərbi obyektlərə girişin məhdudlaşdırılmasına icazə verən 2015-ci il sazişini “səhv” adlandırıb və İranın nüvə stansiyaları üçün zənginləşdirilmiş uranı idxalını nəzərdə tutan model təklif edib. Dövlət katibi qeyd edib ki, Vaşinqton Tehrana sülhə aparan yol təklif etməyə hazırdır. 

Rubio terrorçuluğu dəstəkləməkdən, uzaqmənzilli raketlərin hazırlanmasından və uranın zənginləşdirilməsindən imtina müqabilində iqtisadi inkişaf vəd edib. “Prezident Tramp müharibə istəmir, lakin biz İranın nüvə silahına sahib olmasına icazə verə bilmərik”,-deyə ABŞ-nin Dövlət katibi qeyd edib. 

Müşfiq Abdulla 
“Cebheinfo.az”