İsrail Yəməndən atılan raketi vurdu

İsrail Yəməndən atılan raketi vurdu

İsrail ordusu bu səhər Yəməndən atılan ballistik raketin hava hücumundan müdafiə sistemləri tərəfindən vurulduğunu açıqlayıb.

"Cebheinfo.az" xəbər verir ki, ordudan verilən açıqlamada Yəməndən atılan raket səbəbiylə İsrailin şimalında, xüsusilə Hayfada sirenlərin işə salındığı bildirilib.

Sözügedən ballistik raketin hava hücumundan müdafiə sistemləri ilə vurulduğu bildirilib.

Yəməndə İranın dəstəklədiyi husilər atəşkəs razılaşmasını pozduqdan sonra İsraili vaxtaşırı ballistik raketlərlə hədəfə alır.

Nigar Hacılı 
"Cebheinfo.az"