Moskva vilayətində 26 min insan elektriksiz qalıb

Güclü qar yağması Moskva vilayətində ciddi elektrik təchizatı problemlərinə səbəb olub.
“Report” Rusiya KİV-nə istinadən xəbər verir ki, bunu vilayətin qubernatoru Andrey Vorobyov bildirib.
Onun sözlərinə görə, mayın 2-si gecə naqillərdə buz və ağacların yıxılması səbəbindən 237 elektrik xətti və 4,4 min transformator yarımstansiyası elektriksiz qalıb, bu da təxminən 26 min sakini əhatə edib.
Əlverişsiz hava şəraitinin ən böyük təsirləri regionun şimal və şimal-qərb rayonlarında müşahidə olunur. Dmitrovski rayonunda 47 yaşayış məntəqəsinin sakinləri işıqsız qalıb, 21 qazanxana söndürülüb. Sergiyev Posadda 46 yaşayış məntəqəsi və 11 qazanxana elektriksiz qalıb.
"Cebheinfo.az"