Azərbaycana nəqliyyat vasitələri və ehtiyat hissələrinin idxalı artıb

2025-ci ilin yanvar-aprel ayları ərzində Azərbaycana 756 mln. 423.9 min ABŞ dolları dəyərində nəqliyyat vasitələri və onların hissələri idxal edilib.
"Cebheinfo.az" Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 16.7% və ya 108 mln. 329 min dollar çoxdur.
Belə ki, 2024-cü ilin yanvar-aprel ayları ərzində Azərbaycana 648 mln. 94.9 min dollar dəyərində nəqliyyat vasitələri və onların hissələri idxal edilib.
Qeyd edək ki, hesabat dövründə idxal edilən nəqliyyat vasitələri və onların hissələrinin dəyəri Azərbaycanın ümumi idxalının 9.30%-ni təşkil edib.
"Cebheinfo.az"