Rusiya daha üç yaşayış məntəqəsini nəzarətə götürdü

Rusiya qoşunları bir neçə yaşayış məntəqəsini nəzarətə götürüb.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Rusiya Silahlı Qüvvələri 24 saat ərzində Sumı vilayətində Loknya, Donetsk vilayətində Stupochki və Otradnoye yaşayış məntəqələrini nəzarət altına alıb.
"Həmçinin "Mərkəz" qoşun qruplaşmasının bölmələri düşmənin müvəqqəti dislokasiya məntəqələrinə, eləcə də sursat anbarlarına zərbə endirilib", - deyə Rusiya hərbi idarəsindən bildirilib.
"Cebheinfo.az"