Rusiya ilə Ukrayna arasında əsir mübadiləsi olub

Rusiya ilə Ukrayna arasında əsir mübadiləsi olub

Rusiya ilə Ukrayna arasında əsir mübadiləsi baş tutub.

"Cebheinfo.az" Rusiya Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, mayın 16-da İstanbulda əldə olunmuş Rusiya-Ukrayna razılaşmalarına əsasən, Kiyevin nəzarətində olan ərazidən 307 Rusiya hərbçisi geri qaytarılıb.

Bunun müqabilində Ukrayna Silahlı Qüvvələrinin 307 əsiri Kiyevə təhvil verilib.

Rusiya MN-dən bildirilib ki, Moskvanın təşəbbüsü ilə həyata keçirilən genişmiqyaslı mübadilə davam etdiriləcək.

"Cebheinfo.az"