Dünya ulduzu İstanbul klubundan ayrıldı

Dünya ulduzu İstanbul klubundan ayrıldı

Türkiyənin "Başakşehir" klubu hücumçusu Kristof Piatek ilə yollarını ayırıb.

"Cebheinfo.az" xəbər verir ki, dünya ulduzu bundan sonra Qətərdə oynayacaq.

Polşalı futbolçu "Əl-Duhail" komandası ilə ilkin razılıq edib.

Piatek ilə 3 illik müqavilə imzalanacaq. İstanbul təmsilçisinə bu transferə görə 11 milyon avro ödəniləcək. 

29 yaşlı futbolçu tibbi müayinədən keçmək üçün Qətərə gedib.

Qeyd edək ki, Kristof Piatek bu mövsüm "Başakşehir"də 47 matçda meydana çıxıb.

O, bu oyunlarda 31 qol vurub, 5 məhsuldar ötürmə edib.

Elmir
"Cebheinfo.az"