Bu ölkədə “Telegram” bağlana bilər

Vyetnamın İnformasiya və Texnologiyalar Nazirliyi telekommunikasiya şirkətlərinə teleqram proqramına girişi bloklamağı tapşırıb.
“Qafqazinfo” “Caliber”ə istinadən xəbər verir ki, buna səbəb teleqramın rəqəmsal platformalar haqqında Vyetnam qanunlarına əməl etməkdən imtina etməsi ilə bağlıdır.
Belə ki, Vyetnamda fəaliyyət göstərən 9600 teleqram kanalının və qruplarının təxminən 68%-nin qeyri-qanuni fəaliyyətlə məşğul olduğu aşkarlanıb. Buna isə fırıldaqçılıq, narkotik vasitələrin yayılması və bir çox nüanslar daxildir.
Qeyd olunub ki, bu səbəblərdən operatorlara mayın 21-dən iyunun 2-dək bloklamaq tapşırılıb.Teleqram rəhbərliyi isə bu qərara heyrətləndiyini bildirib.
Mənbənin yazdığına görə, platforma hazırda əlçatandır.
"Cebheinfo.az"