Nazir Habil Alıyevi yüksək vəzifəyə təyin etdi - FOTO

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Məşğulluq Agentliyində yeni təyinat baş tutub.
"Cebheinfo.az" xəbər verir ki, Manset.az-ın əldə etdiyi məlumata görə, əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyevin müvafiq əmri ilə Habil Alıyev Bakı Regional Filialının müdiri təyin edilib.
Qeyd edək ki, Habil Alıyev bundan əvvəl Dövlət Məşğulluq Agentliyinin Şirvan-Salyan Regional Məşğulluq Filialının müdiri vəzifəsində çalışıb.
"Cebheinfo.az"