Dünya çempionatı: İsraildən böyükhesablı qələbə

Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatının dördüncü gününün ilk oyunu yekunlaşıb.
"Cebheinfo.az" xəbər verir ki, Milli Gimnastika Arenasında gerçəkləşən qarşılaşmada H qrupunun II turu çərçivəsində Qana yığması İsrail ilə üz-üzə gəlib.
Matç İsrailin 4:0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, ilk turda Qana İspaniyaya, İsrail isə Serbiyaya məğlub olub.
"Cebheinfo.az"