Zelenski məhbus mübadiləsindən DANIŞDI

Ukrayna Prezidenti Vladimir Zelenski İstanbul sülh danışıqları çərçivəsində Rusiya ilə əldə olunan razılaşmaya əsasən bu gün 390 məhbusun dəyişdirildiyini xatırladıb və məhbus mübadiləsinin şənbə və bazar günləri də davam edəcəyini gözlədiklərini bildirib.
"Cebheinfo.az" xəbər verir ki, Zelenski “Telegram” hesabında verdiyi açıqlamada İstanbul Sülh Danışıqları çərçivəsində Rusiya tərəfi ilə əldə olunan razılaşmaya əsasən, “1000 məhbusun 1000 nəfərə dəyişdirilməsi” prosesinin başladığını bildirib və bunları qeyd edib.
Razılaşmanın ilk hissəsinin dünən həyata keçirildiyini vurğulayan Zelenski, "Türkiyədə keçirilən görüşdə bu razılaşma əldə edildi və bunun tam şəkildə həyata keçirilməsi vacibdir. 390 məhbus dəyişdirildi. Əsir mübadiləsinin şənbə və bazar günləri də davam edəcəyini gözləyirik" deyib.
Bütün ukraynalı məhbusların vətənə gətirilməsi üçün çalışmaya davam edəcəklərini qeyd edən Zelenski, məhbus mübadiləsində əməyi keçən hər kəsə təşəkkür edib və “Bu cür addımların atılması üçün diplomatik işimizi davam etdirək” deyib.
Nigar Hacılı
"Cebheinfo.az"