Hamburqda insanları bıçaqla yaralayan qadın saxlanıldı - FOTO

Hamburqda insanları bıçaqla yaralayan qadın saxlanıldı - FOTO

Almaniyanın Hamburq şəhərində yerləşən dəmir yolu vağzalında insanlara bıçaqla xəsarət yetirən şəxs saxlanılıb.

Oxu.Az "Bild" nəşrinə istinadən xəbər verir ki, saxlanılan 39 yaşlı qadın əqli qüsurlu olub.

O saxlanılarkən hüquq-mühafizə orqanlarının əməkdaşlarına müqavimət göstərməyib.

Xatırladaq ki, Almaniyanın Hamburq şəhərində mərkəzi dəmiryolu vağzalında qadının ətrafdakı insanlara bıçaqlı hücumu nəticəsində 18 nəfər xəsarət alıb.

23 may, 22:00

Almaniyanın Hamburq şəhərinin dəmiryol vağzalında bıçaqlı hücum nəticəsində azı 12 nəfər xəsarət alıb.

Oxu.Az xəbər verir ki, bu barədə "Bild" nəşri yazır.

Nəşrin məlumatına görə, zərərçəkənlərdən bəzilərinin vəziyyəti ağırdır.

Bildirilir ki, Almaniya polisi cinayətdə şübhəli qismində bir qadını saxlayıb.

"Cebheinfo.az"