Helikopter qəzası: 3 nəfər ÖLDÜ

Tailandda polis helikopterinin təlim uçuşu zamanı qəzaya uğraması nəticəsində 3 nəfər ölüb.
"Cebheinfo.az" xəbər verir ki, Tailandın Praçuap Xiri Xan əyalətində təlim uçuşu həyata keçirən polis helikopteri qəzaya uğrayıb.
“Bell 212” tipli helikopterin dünən yerli vaxtla saat 13:00 radələrində “Ving 5” Hərbi Hava Qüvvələri bazası yaxınlığında yerə çırpıldığı bildirilir.
Qəzada helikopterdə olan 3 nəfərin öldüyü açıqlanıb.
Hadisədən sonra bölgəyə axtarış-xilasetmə və tibbi qruplar göndərilib, Tailand səlahiyyətliləri isə qəza ilə bağlı texniki və inzibati araşdırmaya başlanıldığını açıqlayıb.
Helikopterin qəzaya uğrama səbəbi hələlik bəlli deyil, araşdırmalar nəticəsində qəzanın təfərrüatları müəyyənləşəcək.
Nigar Hacılı
"Cebheinfo.az"