Kubrikin malikanəsi 9 milyon dollara satılır - FOTOLAR

Tanınmış rejissor Stenli Kubrikin Böyük Britaniyada vaxtilə yaşadığı malikanə 9,4 milyon dollara satışa çıxarılıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə beynəlxalq daşınmaz əmlak agentliyi “Savills”in saytında məlumat verilib.
Təxminən 9,7 hektarlıq yaşayış sahəsi London yaxınlığında, Hertfordşird qraflığının Elstri kəndində yerləşir. Qeyd olunur ki, Kubrik 1965-1979-cu illərdə məşhur “Parıltı”, “Mexaniki portağal” və “2001: Kosmik Odissey” filmləri üzərində işlədiyi dövrdə bu evdə yaşayıb.
Üçmərtəbəli, doqquzotaqlı ev viktorian üslubunda inşa olunub.
Qeyd edək ki, Skubrik Yeni Hollivud dalğasının nümayəndəsi kimi kino tarixinin ən nüfuzlu rejissorlarından biri hesab olunur.
"Cebheinfo.az"