Rusiya-Ukrayna danışıqlarının yeri açıqlandı

Bu gün İstanbulda keçiriləcək Rusiya-Ukrayna danışıqları Türkiyə prezidentinin Dolmabaxçadakı iş kabinetində baş tutacaq.
Modern.az bu barədə TASS-a görüşün təşkili ilə tanış olan mənbə bildirib.
Danışıqlar mətbuat üçün bağlı qapılar arxasında keçiriləcək.
İstanbulda baş tutacaq danışıqların yerli vaxtla təxminən saat 11:00-a (Bakı vaxtı ilə 12:00-da) başlaması planlaşdırılır.
Qeyd edək ki, Rusiyanın danışıqlardakı nümayəndə heyətinə prezidentin köməkçisi Vladimir Medinski başçılıq edəcək.
Ukrayna nümayəndə heyətinə prezident Zelenskinin başçılıq etməsi planlaşdırılır.
"Cebheinfo.az"