Tramp ordu üçün elə bir məbləğ istədi ki: REKORD BÜDCƏ

Tramp ordu üçün elə bir məbləğ istədi ki: REKORD BÜDCƏ

Tramp administrasiyası müdafiə maliyyəsi üçün rekord tələb hazırlayır. 

“Cebheinfo.az” “Bloomberg”-ə istinadən xəbər verir ki, Konqresdə ciddi müzakirələr gedir.

ABŞ Prezidenti Donald Tramp oktyabrın 1-də başlayacaq 2026-cı maliyyə ili üçün 1,01 trilyon dollar məbləğində milli təhlükəsizliyin maliyyələşdirilməsi üçün Konqresə müraciət etmək niyyətindədir. Sənədlə tanış olan administrasiya rəsmilərinin sözlərinə görə, bu, 2025-ci il hədəfindən 13 faizdən çox yüksəkdir.

Büdcə prioritetlərinə strateji əhəmiyyət kəsb edən layihələr, xüsusilə də “Qızıl Qübbə” raketdən müdafiə sistemi, gəmiqayırma, nüvə arsenalının modernləşdirilməsi, sərhəd təhlükəsizliyi, hərbçilərin maaşlarının 3,8% artırılması daxildir.

Bildirilir ki, sorğu, həmçinin Energetika Departamenti, Federal Təhqiqatlar Bürosu və bir sıra digər qurumlar üçün əlavə maliyyələşdirməni əhatə edir. 2024-cü maliyyə ili səviyyəsində ümumi ÜDM-in 3,2%-nə bərabərdir. Müqayisə üçün qeyd edək ki, hazırkı ümumi milli təhlükəsizlik xərcləri 892,3 milyard dollardır.

Büdcə 2026-cı il Konqresin büdcə prosesinin başlanğıcını qeyd edən və administrasiyanın əsas maliyyə prioritetlərini təyin edən cümə günü, mayın 2-də rəsmi olaraq "cılız büdcə" formatında təqdim ediləcək.

Təkcə Müdafiə Nazirliyinin maliyyə tələbi 961 milyard dollar olacaq ki, bu da yanvarda təsdiqlənmiş 848,3 milyard dollar səviyyəsindən xeyli yüksəkdir. Bundan əvvəl Co Bayden administrasiyası 2026-cı il üçün müdafiə büdcəsini 876,8 milyard dollar proqnozlaşdırmışdı.

Sənədə, həmçinin Konqresin əlavə "uyğun" müdafiə xərcləri kimi ayırmağı planlaşdırdığı 150 milyard dolların bir hissəsi də daxildir. Bu, artıq təsdiqlənmiş ixtiyari maliyyələşdirmə paketini tamamlayır.

Bu tələbin Konqresdə mübahisələrə səbəb olacağı gözlənilir. Qanunvericilər dəfələrlə Pentaqonu tam yoxlamadan keçmədiyinə görə tənqid ediblər. ABŞ Hökumətinin Hesabatlılıq İdarəsinin məlumatına görə, 2017-2024-cü illər arasında Müdafiə Nazirliyində ən azı 10,8 milyard dollar fırıldaqçılıq aşkar edilib.

Müdafiə naziri Pit Heqset sosial mediada qeyd edib ki, tarixən yüksək həcmli müraciətlərə baxmayaraq, qurum  "hər bir vergi ödəyicisinin dollarını ağıllı şəkildə - döyüş qabiliyyətinə və hazırlığına xərcləmək" niyyətindədir. Prezident Tramp da öz növbəsində tələbin miqyasını qlobal təhlükələrin artması ilə izah edib.

"Biz ordu qurmalıyıq. Xərclərə çox diqqət yetiririk, amma ordu qurmalıyıq", - dövlət başçısı bildirib.

Xəzər
“Cebheinfo.az”