Tramp Suriya Prezidenti ilə görüşəcək

Tramp Suriya Prezidenti ilə görüşəcək

ABŞ Prezidenti Donald Tramp Birləşmiş Ştatların Suriya hökumətinə qarşı bütün sanksiyaları ləğv edəcəyini gözlənilmədən elan etdikdən sonra mayın 14-də çərşənbə günü Səudiyyə Ərəbistanında Suriya Prezidenti Əhməd əl-Şaraa ilə görüşə bilər.

“Cerbheinfo.az” xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb. 

Administrasiyasının bəzi dairələrində narahatlıqlara baxmayaraq, Tramp mayın 13-də Ər-Riyadda çıxışı zamanı Suriyaya qarşı sanksiyaları ləğv edəcəyini bildirib.

Qeyd edilir ki, ABŞ Prezidenti Suriya liderlərinin “Əl-Qaidə” ilə keçmiş əlaqələri ilə bağlı davamlı narahatlıqlara baxmayaraq, Körfəz Əməkdaşlıq Şurasının iclaslarında iştirak etmək üçün Ər-Riyada gələcək Əhməd əl-Şaraa ilə görüşməyə razılaşıb.

ABŞ-nin müttəfiqi İsrail Suriyaya qarşı sanksiyaların yumşaldılmasına qarşı çıxıb.

Lakin Tramp bildirib ki, ABŞ Prezidentinə yaxın olan Səudiyyə vəliəhdi Məhəmməd bin Salman və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan onu bu addımı atmağa sövq edib.

Trampın Körfəz regionuna dörd günlük səfərinin ilk günü təmtəraqlı mərasimlər və işgüzar sövdələşmələr, o cümlədən Səudiyyə Ərəbistanının ABŞ-a 600 milyard dollar sərmayə qoyacağı və Amerikanın krallığa 142 milyard dollarlıq silah satışı ilə bağlı öhdəliyi ilə yadda qalıb.

Mayın 14-də  Tramp Qətərin paytaxtı Dohaya uçacaq.

O, dövlət səfərində Qətər əmiri Şeyx Təmim bin Həməd əl-Tani və digər rəsmilərlə görüşlərdə iştirak edəcək.ABŞ-nin əsas müttəfiqi olan Qətərin ABŞ-a 100 milyardlarla dollar sərmayə qoyacağını açıqlayacağı gözlənilir.

Müşfiq Abdulla 
“Cebheinfo.az”