Neftimizin qiyməti 68 dolları ötdü

Neftimizin qiyməti 68 dolları ötdü

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşıb.

"Cebheinfo.az"  xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,09 ABŞ dolları və ya 1,62% artaraq 68,22 ABŞ dolları olub.

Qeyd edək ki, ötən gün neftimiz 67,13 ABŞ dollarına ticarət edilib.

Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları qeydə alınıb.

"Cebheinfo.az"