Putini devirib ölkəni parçalamaq istəyirlər: Rusiyanın baş kəşfiyyatçısı

Moskvanın geosiyasi rəqibləri Rusiyada hakimiyyət dəyişikliyi ilə bağlı xəyallar və planlar qururlar.
"Cebheinfo.az" xəbər verir ki, bunu Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin deyib. “Rusiyanın həm bir əsr əvvəlki, həm də bugünkü geosiyasi rəqibləri ölkəmizin genişliyi, böyüklüyü, insan və təbii sərvətlərindən hələ də qıcıqlanırlar. Onların hakimiyyəti, dövlət rəhbərliyini dəyişdirmək kimi planları və xəyalları var”, - qurum rəhbəri bildirib. Narışkin əlavə edib ki, bu ölkələr Rusiyanı bir neçə yerə parçalamaq planları da qururlar.
"Cebheinfo.az"