Qəzzada humanitar böhran hər gün dərinləşir

Qəzzada humanitar böhran hər gün dərinləşir

BMT Baş katibin Humanitar Məsələlər və Fövqəladə Yardım Koordinatoru (OCHA) üzrə müavini Tom Fletçer 10 həftədən artıqdır Qəzzaya heç bir qida, dərman, su və ya çadırın daxil olmadığını bildirərək, İsrailin “qəsdən və həyasızcasına qeyri-insani şərtlər” tətbiq etməyə davam etdiyini bildirib.

"Cebheinfo.az" xəbər verir ki, Tom Fletçer BMT Təhlükəsizlik Şurasının Qəzzada humanitar vəziyyətlə bağlı iclasında çıxış edib.

"Başlamazdan əvvəl sizdən xahiş etmək istərdim ki, hər birinizin Qəzzada hər gün şahidi olduğumuz 21-ci əsr vəhşiliklərini dayandırmaq üçün nələr etdiyinizi düşünmək üçün bir az vaxt ayırın ki, biz də gələcək nəsillərə onlar haqqında məlumat verə bilək.

İsrail qəsdən və həyasızcasına işğal etdiyi Fələstin torpaqlarında dinc əhaliyə qarşı qeyri-insani şərtlər tətbiq edir. 10 həftədən artıqdır ki, Qəzzaya nə yemək, nə dərman, nə su, nə də çadır daxil olub.

Qəzza ərazisinin 70 faizi ya İsrailin hərbiləşdirilmiş ərazilərində, ya da köçkünlük əmri altında olduğu üçün yüz minlərlə fələstinli yenidən məcburi köçkün edilib", - deyə Tom Fletçer əlavə edib.

Fletçer Qəzzada 2,1 milyon insanın hər birinin aclıq təhlükəsi ilə üzləşdiyini vurğulayaraq, onsuz da çökmüş səhiyyə sistemi və obyektlərinə qarşı davam edən hücumlara diqqət çəkib:

"Qəzzada uzun müddət davam edən bir səs və ölüm qoxusu var. Bir tibb bacısının təsvir etdiyi kimi, "Uşaqlar dərilərindən yanmış parçanı soyarkən qışqırırlar", lakin siz deyirsiniz" əlimizdən gələni etdik””.

Nigar Hacılı 
"Cebheinfo.az"