İranda bəzi məktəblər bağlandı – SƏBƏB

İranda bəzi məktəblər bağlandı – SƏBƏB

İranın bəzi şəhərlərində qum fırtınası səbəbindən məktəblər bağlanıb.

"Cebheinfo.az" xəbər verir ki, İranın rəsmi xəbər agentliyi İRNA-nın məlumatına görə, bəzi şəhərlərdə böhran idarəetmə mərkəzləri və fövqəladə hallar komitələri qum fırtınası səbəbindən məktəbləri bağlamaq qərarına gəliblər.

Ölkənin qərbinə təsir edən qum fırtınası səbəbindən bu gün Qərbi Azərbaycan, Kürdüstan və Zəncan əyalətlərində məktəblər, Şərqi Azərbaycan vilayətində məktəblər, eləcə də Təbriz şəhərində bütün dövlət qurum və təşkilatları və banklar bağlanıb.

Meteorologiyadan verilən məlumata görə, qum fırtınasının bu gün (14 may çərşənbə günü) Əlborz vilayətinə və paytaxt Tehrana çatacağı gözlənilir.

Nigar Hacılı 
"Cebheinfo.az"