25 il sonra ilk: Tramp əş-Şaraa ilə görüşdü, xalq bayram etdi - FOTOLAR

ABŞ Prezidenti Donald Tramp Suriyanın müvəqqəti Prezidenti Əhməd əş-Şaraa ilə görüşüb.
“Cebheinfo.az” xəbər verir ki, sözügedən görüş Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində baş tutub. Görüşdə Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman da iştirak edib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə görüşə virtual olaraq qatılıb. Bu, ABŞ və Suriya liderlərinin 25 il sonra ilk görüşü olaraq tarixə keçib. Tramp Suriyaya qarşı bütün sanksiyaları ləğv etdiyini açıqlayıb.
O, Ərdoğanla danışdıqdan sonra Suriya ilə münasibətlərin normallaşması istiqamətində ilk addımı atdığını deyib. ABŞ lideri Suriyanın yeni hökumətinin sülhü qorumaqla ölkədə sabitliyi təmin edə biləcəyinə ümid etdiyini söyləyib.
Ərdoğan isə Trampın Suriyaya qarşı sanksiyaları ləğv etmək qərarının tarixi əhəmiyyət daşıdığını bildirib. Ərdoğan ABŞ-ın Suriyaya qarşı sanksiyaları aradan qaldırmaq qərarının digər sanksiyalar tətbiq edən ölkələrə də nümunə olacağına inandığını diqqətə çatdırıb.
Görüş Suriya paytaxtnda sevinclə qarşılanıb. Əhali küçələrə çıxaraq görüşdə verilən mesaları sevinclə qeyd edib.
Elmir Mustafa
“Cebheinfo.az