Meloni Ərdoğana təşəkkür etdi

Meloni Ərdoğana təşəkkür etdi

İtaliyanın Baş naziri Giorgia Meloni Türkiyə-Rusiya-Ukrayna müharibəsində münaqişəni sona çatdırmaq üçün göstərdiyi səylərə görə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təşəkkür edib.

"Cebheinfo.az" xəbər verir ki, Prezident Ərdoğan ilə Baş nazir Meloni arasında dünən axşam baş tutan telefon danışığı ilə bağlı İtaliya Baş Nazirliyindən yazılı açıqlama verilib.

“Türkiyənin İstanbulun Ukrayna və Rusiya arasında sülh danışıqlarına ev sahibliyi etməyə hazır olduğunu bəyan etməsi fonunda iki lider diplomatik perspektivləri müzakirə edib və Ukraynada ədalətli və davamlı sülhə dəstəklərini bir daha bəyan ediblər”, - deyə məlumatda bildirilir.

Qeyd olunub ki, Baş nazir Meloni, Türkiyənin münaqişəni həll etmək üçün danışıqlar yolu ilə həllinə nail olmaq səylərinə görə Prezident Ərdoğana təşəkkür edib:

“Meloni Rusiyanın Ukrayna kimi ən yüksək səviyyədə danışıqlara dəvətə müsbət cavab verməsini və onun sülhə nail olmaq istəyini konkret şəkildə nümayiş etdirəcək 30 günlük tam və qeyd-şərtsiz atəşkəsi qəbul etməsini gözlədiyini təkrarladı".

Nigar Hacılı 
"Cebheinfo.az"