Aİ Ukrayna mallarına rüsumlar tətbiq edəcək

Aİ Ukrayna mallarına rüsumlar tətbiq edəcək

Avropa İttifaqı (Aİ) yaxın həftələrdə Ukraynadan idxala xeyli yüksək gömrük rüsumları tətbiq etməyə hazırlaşır.

“Cebheinfo.az” “Financial Times”a istinadən istinadən xəbər verir ki, Aİ Ukrayna mallarının əksəriyyətinin Aİ-yə rüsumsuz daxil olmasına imkan verən xüsusi ticarət razılaşmalarını qəfil dayandırmaq qərarına gəlib.

Bu qərar Polşanın ittifaqın fermerlərinin müdafiəsində liderlik etməsindən sonra verilib.

Aİ-nin Ukrayna ilə mövcud azad ticarət sazişi var, lakin Rusiya-Ukrayna müharibəsindən sonra qalan tarifləri müvəqqəti olaraq dayandırıb.

Məlumata görə, bu yaxınlarda Aİ-yə üzv dövlətlərə təqdim edilən təklifdə Ukraynanın kənd təsərrüfatı və büdcəsi üçün həyati əhəmiyyət kəsb edən kənd təsərrüfatı məhsullarına verilən rüsumsuz kvota hüquqlarının ciddi şəkildə azaldılması nəzərdə tutulur.

Nigar
“Cebheinfo.az”