Yumurta yoxa çıxdı: Sayla satılır

Yumurta yoxa çıxdı: Sayla satılır

Almaniyadakı bəzi pərakəndə satış şəbəkələri ölkədəki qıtlıq dalğası fonunda fərdi şəxslərə yumurta satışını məhdudlaşdırıb.

“Cebheinfo.az” xəbər verir ki, bu barədə “Bild” qəzeti yazıb. 

Nəşr bildirib ki, endirimli pərakəndə satış şirkəti “Netto ApS & Co.” bütün filiallarında yumurta satışına məhdudiyyətlər tətbiq edir. Qayda dərhal qüvvəyə minir və hər müştəriyə iki paketdən çox satılmır.

“Netto”, həmçinin məhsul satışına məhdudiyyətlər tətbiq edib. Məhdudiyyətlərin səbəbi kimi Avropa quşçuluq bazarındakı tədarükün pozulmasını göstəriblər. Şirkət ümid edir ki, iyul ayında vəziyyət sabitləşəcək.

Xəzər
“Cebheinfo.az”