Peskov: "Sammitinin yekunları Rusiya üçün böyük maraq kəsb edir"

Peskov: "Sammitinin yekunları Rusiya üçün böyük maraq kəsb edir"

"Rusiya NATO sammitinin keçirildiyi Türkiyədən daxil olan məlumatları maraqla izləyəcə"k.

"Report" "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Sözsüz ki, bu, çox böyük maraq doğuran, o cümlədən bizim üçün də maraq kəsb edən bir hadisədir. Ankaradan daxil olacaq bütün xəbərləri və məlumatları izləyəcəyik", - Peskov deyib.

Bununla yanaşı, o qeyd edib ki, indiyə qədər NATO ölkələrindən Rusiya ilə bağlı səslənən fikir və bəyanatlar neqativ xarakter daşıyıb.

Onun sözlərinə görə, Moskva sammitin yekununda qəbul ediləcək qərar və sənədlərə əsasən hərəkət edəcək.

"Görək bütün bunlar hansı sənədlərlə nəticələnəcək, hansı bəyanatlar veriləcək, hansı kağızlar imzalanacaq, "kuluarlarda" baş tutacaq ikitərəfli görüşlərdə nələr deyiləcək", - Peskov əlavə edib.

"Cebheinfo.az"