Vitse-prezident: “Müharibə tezliklə bitməyə bilər”

Vitse-prezident: “Müharibə tezliklə bitməyə bilər”

“Ukraynada müharibə tezliklə bitməyə bilər”.

“Cebheinfo.az” xəbər verir ki, bunu ABŞ-nin vitse-prezidenti Vens “Fox News” telekanalına müsahibəsində deyib. Onun sözlərinə görə, ABŞ administrasiyası indi Rusiya və Ukraynaya üç ildən artıq davam edən münaqişəni sona çatdırmaq üçün “orta zəmin tapmaqda” kömək etmək vəzifəsi qarşısındadır: 

“Rusiya və Ukrayna isə razılığa gəlməli və buna son qoymalıdır. Əlbəttə ki, ukraynalılar ölkələrinin işğal olunmasına görə qəzəblidirlər” . 

“Ancaq həqiqətənmi bir neçə mil ərazi üzərində minlərlə və minlərlə əsgər itirməyə davam edəcəyik?”,-deyə o bildirib.

ABŞ dövlət katibi Marko Rubio cümə axşamı “Fox News”-a verdiyi ayrı bir müsahibədə tezliklə "sıçrayışa" ehtiyac olduğunu və ABŞ Prezidenti Donald Trampın bu müharibəyə daha nə qədər vaxt ayıracağına qərar verəcəyini deyib.

Xəzər
“Cebheinfo.az”