Xameneyinin dəfnində 20 milyon insan iştirak edəcək: Oğlundan başqa

Xameneyinin dəfnində 20 milyon insan iştirak edəcək: Oğlundan başqa

İran mərhum dini lider Ayətullah Xameneyinin  izdihamlı dəfn mərasiminə hazırlaşır.

“Cebheinfo.az” “Euronews”-a istinadən xəbər verir ki,  mərasim 4 iyuldan başlayaraq altı gün ərzində İran və İraqın beş şəhərində keçiriləcək.

Qeyd olunur ki, Ayətullah Əli Xameneyinin rəsmi dəfn mərasimi onun ölümündən təxminən dörd ay sonra keçiriləcək. Bu gecikmə hərbi əməliyyatlarla bağlıdır.

Buna baxmayaraq, Xameneyinin bəşi müharibənin əvvəlindən ictimaiyyətə nümayiş etdirilir.

Nəşrin məlumatına görə, mərasimlər Tehranda şənbə və bazar günləri Mosalla Namaz Kompleksində başlayacaq. Əsas dəfn mərasimi bazar ertəsi günü İmam Hüseyn meydanından Azadi meydanına qədər on kilometrlik marşrut boyunca keçiriləcək.

Tehran bələdiyyəsi paytaxtdakı mərasimlərdə təxminən 20 milyon insanın iştirak edəcəyini gözləyir.

İyulun 7-də  Quma doğru yürüş olacaq və Fatimə Məsumə ziyarətgahı ilə Cəmkəran məscidi arasından keçəcək.

Xameneyinin cənazəsi daha sonra İraqa aparılacaq və mərasimlər şiə İslamının ən müqəddəs iki şəhəri olan Nəcəf və Kərbəlada keçiriləcək. Bu şəhərlərdə İmam Əlinin və İmam Hüseynin övladlaırnın ziyarətgahları yerləşir.

Son dəfn mərasimi iyulun 9-da Məşhəddə keçiriləcək. Hakimiyyət orqanları dəfn mərasimində səkkiz milyondan on milyona qədər insanın iştirakını təxmin edir.

Media qeyd edir ki, İranın yeni Ali Lideri və Ayətullah Müctəba Xameneyinin mərasimlərdə iştirak edib-etməyəcəyi bəlli deyil. O, atasının ölümündən sonra təyin olunduğundan bəri bir dəfə də olsun ictimaiyyət qarşısına çıxmayıb.

Xatırladaq ki, martın 1-də İran dövlət mediası Ali Rəhbər Ayətullah Əli Xameneyinin 28 fevralda sui-qəsd edildiyini rəsmi olaraq təsdiqləyib. Ölkədə 40 günlük matəm elan edilib.

Keçmiş liderin dəfn mərasiminin martın 4-də Tehranda İmam Xomeyni Namaz Zalında başlaması və üç gün davam etməsi planlaşdırılırdı.

Lakin İslam Təbliğat Koordinasiya Şurası qərarı "ölkə daxilindən çoxsaylı müraciətlər", "milyonlarla" çata biləcək iştirakçı sayının gözlənildiyi və "müvafiq infrastrukturun" hazırlanması zərurəti səbəbindən təxirə salıb.

İyunun 13-də İran nəhayət ki, keçmiş Ali Lider Ayətullah Əli Xameneyinin dəfn mərasiminin tarixlərini açıqlanıb.

Xəzər

“Cebheinfo.az”