19 yaşlı qızın hamamda meyiti tapıldı

Bakı şəhəri Suraxanı rayonunda 19 yaşlı qız dəm qazından boğulub.
"Cebheinfo.az" xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə ötən gün Dədə Qorqud qəsəbəsində qeydə alınıb.
2006-cı il təvəllüdlü Şövqiyyə Hilal qızı Baxşıyeva yaşadığı evin hamam otağında dəm qazından zəhərlənərək ölüb.
Yaxınları onun meyitini gecə saat 04 radələrində aşkar ediblər.
Faktla bağlı araşdırma aparılır.
"Cebheinfo.az"