“Neftçi”nin üzvünə təcavüzkar davranışa görə 4 oyunluq cəza

AFFA İntizam Komitəsi "Neftçi" İK-də çıxış edən Azərbaycan millisinin sabiq futzalçısı Namiq Məmmədkərimovu 4 oyunluq cəzalandırıb.
"Cebheinfo.az" milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, buna oyunçunun Yüksək Liqanın XVI turunda, "Şuşa" ilə matçda təcavüzkar davranış səbəbindən birbaşa qırmızı vərəqə alması səbəb olub.
"Ağ-qaralar"ın digər üzvü Emil Həsənzadə də eyni səbəbdən birbaşa qırmızı vərəqə alıb və 4 matç komandasına kömək edə bilməyəcək.
"Baku Fire"dən Elvin Quliyev "Araz-Naxçıvan"la qarşılaşmada söz və hərəkətlə etiraz səbəbindən ikinci sarı vərəqəni görüb və 1 oyunluq cəza alıb. O, meydançadan qovulandan sonra oyunun bərpasına mane olduğuna və görüş bitdikdə hakimləri təhqir etdiyinə görə 4 matçlıq da cəza alıb.
"Cebheinfo.az"