ABŞ-də iqtisadi tənəzzül ehtimalı artır

ABŞ-də iqtisadi tənəzzül ehtimalı artır

Milyarder Steve Cohen ABŞ-də iqtisadi tənəzzül ehtimalının hazırda 45 faiz ətrafında olduğunu söyləyib.

“Cebheinfo.az” xəbər verir ki, “Point72 Asset Management”-in təsisçisi Steve Cohen çərşənbə günü Nyu-Yorkda Sohn İnvestisiya Konfransında bildirib ki, hələ tənəzzüldə deyilik, lakin iqtisadi artımda əhəmiyyətli bir yavaşlama var.

Steve Cohen ABŞ-nin Federal Ehtiyatlar Sistemi (FED) uçot dərəcəsini dərhal azaltmayacağını, çünki "gömrük vergilərindən qaynaqlanan inflyasiyadan narahat olacaqlarını" söyləyib.Steve Cohen gələn il ABŞ-də iqtisadiyyatının real artımının 1,5 faiz təşkil edəcəyini ehtimal edir. 

Nigar
“Cebheinfo.az”