Deputatlar Monteneqroya gedirlər

Milli Məclisin deputatları Azay Quliyev və Müşfiq Cəfərov ATƏT PA çərçivəsindəki İpək Yolu Qrupunun V Beynəlxalq Parlament Konfransında iştirak etmək üçün mayın 4-də Monteneqronun Budva şəhərinə səfər edəcəklər.
"Cebheinfo.az" xəbər verir ki, deputatlar “Dayanıqlı turizm: İnkişaf və ekologiya arasında tarazlıq”, “Təmiz enerji dəhlizləri: dayanıqlı gələcəyin təminatı”, “İpək Yolu bölgəsində əlaqəlilik: çağırışlar və imkanlar” və “Biznes və Süni İntellekt Forumu” adlı panel müzakirələrdə iştirak edəcək, tədbirin gündəliyində yer alan mövzulara dair öz fikirlərini bildirəcəklər.
Qeyd edək ki, səfər mayın 8-də başa çatacaq.
"Cebheinfo.az"