Avropada qızmar istilər təhsili də “vurdu”
Fransada müşahidə olunan anomal isti hava şəraiti səbəbindən sabah 845 məktəb bağlanacaq, daha 1 800 məktəbdə isə dərs saatlarında dəyişiklik ediləcək.
“Cebheinfo.az” xəbər verir ki, Fransanın meteorologiya xidməti olan “Meteo-France” tərəfindən yayılan məlumata görə, kəskin isti hava şəraiti ilə əlaqədar 35 əyalətdə "qırmızı", 45 əyalətdə "narıncı" təhlükə səviyyəsi elan edilib.
Ölkənin müxtəlif bölgələrində havanın temperaturu 40 dərəcəyədək yüksəlib. Bəzi əyalətlərdə isə termometrlər 42 dərəcə selsini göstərib.
Məlumata əsasən, sabah 49 əyalətdə "qırmızı", 40 əyalətdə isə "narıncı" təhlükə səviyyəsi qüvvədə olacaq.
Əfsanə
“Cebheinfo.az”


