AYNA: "Koroğlu" NMM yaxınlığında hərəkət istiqamətləri dəyişdirilir

AYNA: "Koroğlu" NMM yaxınlığında hərəkət istiqamətləri dəyişdirilir

Yaxın günlərdə "Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzi ("Piramida" tərəf) yaxınlığında hərəkət istiqamətləri dəyişdirilir.

Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

Məlumata görə, ərazidəki avtobusların ləngiməsini aradan qaldırmaq məqsədilə xüsusi hərəkət zolağı təşkil olunacaq.

Digər nəqliyyat vasitələri yeni trayektoriya ilə Milli Gimnastika Arenası və "Koroğlu" dəmiryol dayanacağı istiqamətində hərəkət edə biləcəklər.

"Cebheinfo.az"