BMT-də 340 QHT-nin statusu dayandırıldı - ŞOK SİYAHI
BMT-nin Qeyri-Hökumət Təşkilatları üzrə Komitəsi 2026-cı ilin bərpa olunmuş sessiyasında QHT-lərin ECOSOC yanında məsləhətçi statusu ilə bağlı müraciətlərinə, dördillik hesabatlarına və status məsələlərinə baxıb.
Sessiya 18–22 may, 28–29 may və 5 iyun 2026-cı il tarixlərində Nyu-Yorkda keçirilib.
Komitənin gündəliyində ümumilikdə 463 müraciət olub. Bunlardan 361-i əvvəlki sessiyalardan təxirə salınmış müraciətlərdir. Komitə 90 QHT-yə məsləhətçi statusun verilməsini tövsiyə edib, 322 müraciətin baxılmasını 2027-ci ilin növbəti sessiyasına saxlayıb, 49 təşkilatın müraciətinə baxılmasını isə cavab təqdim etmədiklərinə görə “hüquqa xələl gətirmədən” bağlayıb.
Komitə həmçinin 10 QHT-nin ad dəyişikliyi ilə bağlı müraciətini nəzərə alıb. Məsləhətçi statusa malik təşkilatlar tərəfindən təqdim edilmiş 714 dördillik hesabatdan 521-i qəbul edilərək nəzərə alınıb.
Hesabatda ECOSOC-un qəbul etməsi üçün bir neçə qərar layihəsi təqdim olunub. Bu qərar layihələrinə 90 QHT-yə məsləhətçi statusun verilməsi, hesabatlarını vaxtında təqdim etməyən 340 QHT-nin statusunun bir il müddətinə dayandırılması, hesabatlarını sonradan təqdim etmiş 56 QHT-nin statusunun bərpa edilməsi və davamlı şəkildə hesabat təqdim etməyən 148 QHT-nin məsləhətçi statusunun geri götürülməsi daxildir.
Statusu 1 il dayandırılması təklif olunanlar arasında aşağdakı təşkilatlaırn adları var:
- Oxfam America
- African Wildlife Foundation
- Arab Organization for Human Rights
- Asylum Access
- Data & Society Research Institute
- Development Gateway
- EAT Foundation
- European Union of the Deaf
- International Federation of Journalists
- International Union of Architects
- International Union of Socialist Youth
- JDRF International
- Smile Train
- Stichting War Child
- Trócaire
- Vera Institute of Justice
- Women for Women International
- White Ribbon Alliance for Safe Motherhood
- World Federation of Science Journalists
- Young Women’s Christian Association / YWCA
Siyahıda Azərbaycana və regiona daha yaxın görünən adlar da var:
- U.S. Azeris Network
- South Caucasus Office on Drugs and Crime
Sənəddə qeyd olunur ki, Komitə QHT-lərin hesabatlılığını və ECOSOC qarşısında öhdəliklərin icrasını xüsusi önəmli məsələ kimi qiymətləndirir. Dördillik hesabatların təqdim olunmaması təşkilatların məsləhətçi statusunun dayandırılması və ya tamamilə geri götürülməsi ilə nəticələnə bilər.
Ümumilikdə, hesabat BMT sistemində QHT-lərin iştirak imkanlarının geniş olduğunu, lakin bu statusun qorunması üçün təşkilatların hesabatlılıq, şəffaflıq və vaxtında cavablandırma öhdəliklərinə ciddi əməl etməli olduqlarını göstərir.
"Cebheinfo.az"


