Peskov: "Putin və Lukaşenko Zelenskinin təhdidlərini müzakirə edəcək"
Putin və Lukaşenko Zelenskinin Belarusa qarşı təhdidlərini müzakirə edəcəklər.
APA-nın Moskva bürosu xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putin yaxın gələcəkdə belaruslu həmkarı Aleksandr Lukaşenko ilə təmas qurmağı planlaşdırır.
“Bu və digər məsələləri müzakirə etmək üçün yaxşı fürsət olacaq. Amma əlbəttə ki, bu təhdidlər tamamilə aqressivdir. Bu təhdidlər qarşı tərəfin daxili işlərinə müdaxilə, qarşı tərəfin suverenliyinə qəsddir. Şübhəsiz ki, Belarus lideri və Belarus özü suverenliyini təmin etməyə qadirdir”, - Kremlin sözçüsü vurğulayıb.
Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski Belarus ərazisində Rusiyanın Ukraynaya qarşı pilotsuz uçuş aparatları ilə hücumlarını koordinasiya edən retranslyatorların fəaliyyəti dayandırılmasa, bir həftə sonra Ukraynanın bu məsələni özünün həll edəcəyini bəyan edib.
"Cebheinfo.az"


