İranda ölənlərin sayı rəsmən açıqlandı
İran məhkəməsinin sözçüsü Əsgər Cahangir ABŞ və İsrailin İrana qarşı 28 fevralda başladığı hücumlarda ümumilikdə 3 min 519 nəfərin həyatını itirdiyini bildirib.
"Cebheinfo.az" xəbər verir ki, Cahangir paytaxt Tehranda keçirilən həftəlik mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
O, ABŞ və İsrailin İrana qarşı 28 fevralda başladığı hücumlarda həyatını itirənlərdən 3 min 2 nəfərinin kişi, 517 nəfərinin isə qadın olduğunu açıqlayıb.
Qeyd edib ki, partlayışlar nəticəsində ölənlərin bir çoxunun bədən bütövlüyü pozulub və bununla bağlı geniş iş aparılaraq meyitlər ailələrinə təhvil verilib.
İran rəsmiləri daha əvvəl ABŞ və İsrailin İrana hücumlarında ölənlərin sayını 3 min 468 nəfər olaraq açıqlamışdı.
Nigar Hacılı
"Cebheinfo.az"


