QHT-lərin dövlət maliyyələşdirilməsi “bir pəncərə” prinsipi əsasında həyata keçiriləcək

QHT-lərin dövlət maliyyələşdirilməsi “bir pəncərə” prinsipi əsasında həyata keçiriləcək

Nazirlər Kabineti dövlət büdcəsindən maliyyələşdirilən və qeyri-hökumət təşkilatlarına (QHT) qrant, dövlət sifarişi, subsidiya və digər maliyyə dəstəyi göstərə bilən qurumlar tərəfindən həyata keçirilən maliyyələşdirmə prosesinin “bir pəncərə” prinsipi əsasında təşkili Qaydası"nı təsdiq edilib.

Nazirlər Kabinetindən ​​​​​​"Cebheinfo.az"a verilən xəbərə görə, qərarın məqsədi QHT-lərin dövlət tərəfindən maliyyələşdirilməsi sahəsində vahid yanaşmanın formalaşdırılması, şəffaflığın və hesabatlılığın artırılması, həmçinin maliyyələşdirmə proseslərinin əlaqələndirilmiş və elektron qaydada həyata keçirilməsinin təmin edilməsidir.

Qərarla həmçinin QHT-lərin kiçik qrant, böyük qrant və səfər qrantı müsabiqələri, dövlət sifarişləri və müsabiqədənkənar maliyyələşdirilməsi üzrə prosedurlar, layihələrin qiymətləndirilməsi meyarları, maliyyələşdirmə şərtləri və nəzarət mexanizmləri müəyyən edilib.

"Cebheinfo.az"